[b]“Fiorentina” Bakıya gələcək futbolçuların siyahısını açıqladı[/b]
02.09.2016 - 09:49
[b]“Fiorentina” Bakıya gələcək futbolçuların siyahısını açıqladı[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” iştirak ərizəsini açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bənövşəyilər” UEFA-ya 20 nəfərlik siyahı göndəriblər.

 

Baş məşqçi Paulo Souza hələlik A siyahısını müəyyənləşdirib. Portuqaliyalı mütəxəssis yaşı 21-dən yuxarı olan bütün futbolçuların xidmətindən yararlanmaq qərarına gəlib. B siyahısı, yəni yaşı 21-ə qədər olan futbolçularla bağlı isə hələlik bir qərar verilməyib.

 

Qapıçılar: Bartlomiej Draqovski, Çiprian Tataruşanu

Müdafiəçilər: David Astori, Sebastian de Mayo, Xrovye Miliç, Maksimiliano Olivera, Qonzalo Rodriges, Karlos Salkedo, Nenad Tomoviç

Yarımmüdafiəçilər: Milan Badelj, Sebastian Kristoforo, Yosip İliçiç, Karlos Sançes, Kristian Telyo, Borxa Valero, Matias Veçino

Hücumçular: Nikola Kaliniç, Mauro Zarate, Kuma Babakar, Federiko Bernardeski

 

Qeyd edək ki, “Qarabağ”, PAOK və “Slovan”la birlikdə J qrupunda yer alan “Fiorentina” ilk görüşünü sentyabrın 15-də Yunanıstanda PAOK-a qarşı keçirəcək.