“Qvardiolanın gedəcəyi ilə bağlı bizə heç kim heç nə deməmişdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya”nın futbolçusu Arturo Vidal deyib.
Almaniya mətbuatına danışan çilili yarımmüdafiəçi maraqlı açıqlaması ilə diqqət çəkib.
Baş məşqçi Xosep Qvardiolanın mövsümün sonunda Münhen klubundan ayrılacağı ilə bağlı fikirlərini bölüşən Vidal bu barədə təsadüfən xəbər tutduğunu bildirib: “Qvardiolanın yayda “Bavariya”nı tərk edəcəyi ilə bağlı xəbəri televizordan eşitdim. Hesab edirəm ki, komandanın başına keçəcək Karlo Ançelotti Qvardioladan zəif məşqçi deyil. Ancaq indidən bu barədə düşünməməliyik. Qarşımızda bütün turnirlərin qalibi olmaq missiyası dayanır. Bunu bacarmalıyıq ki, Pep komandadan xoşbəxt ayrılsın”.
Qeyd edək ki, Qvardiola yayda "Mançester Siti"nin baş məşqçisi postuna keçəcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”