[b]“Qalib gələ bilməsək...” – Martin Şmidt[/b]
28.09.2016 - 20:27
[b]“Qalib gələ bilməsək...” – Martin Şmidt[/b]

“Bura gəlişimiz çox çətin oldu. Demək olar ki, bütün şəhəri gəzdik. Tez bir zamanda məşqə çıxmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts” klubunun baş məşqçsi Martin Şmidt deyib.

 

Avroliqanın qrup mərhələsi çərçivəsində Almaniya təmsilçisi sabah “Qəbələ”nin qonağı olacaq.

 

Matçdan öncə mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı bunları deyib: “Qəbələ” ilə oyunu səbirsizliklə gözləyirik”.

 

- Sabahkı oyun qrupdan çıxmaq cəhətdən nə qədər əhəmiyyətlidi?

- Sabah 3 xal qazanmaq komandamız üçün çox gözəl olardı. Amma qalib gələ bilməsək, bu, dünyanın sonu olmayacaq.

 

- “Qəbələ” ilə görüşdə hədəfiniz konkret olaraq, qələbədi?

- Avroliqada qrup mərhələsində ev oyunlarında qələbə, rəqib meydanında isə mümkün qədər çox xal toplamaq fəlsəfəsindəyik. İlk matçda öz meydanımızda xal itirmişik. Buna görə də, sabah mütləq 3 xal üçün meydana çıxacağıq.

 

- Stadionun ot örtüyü hələ də yaxşı deyil. Bugünkü yağışdan sonra vəziyyət daha da pisləşib. Bu sizi narahat etmir?

- Hələ meydanı görməmişəm. Yağışı isə yolda gördüm. Onu bilirəm ki, çətin olacaq. Çalışacağıq ki, matçın tempini yüksək tutaq. Meydan hər iki komanda üçün eynidi. Sabah bu məsələnin öhdəsindən gəlməyə çalışacağıq.

 

- “Qəbələ”nin zəif və güclü tərəfləri hansılardı?

- Biz “Qəbələ”nin bir neçə oyununu izləmişik. “Anderlext” və “Maribor”la, həmçinin çempionatdakı 2 matçlarına baxmışıq. Rəqibin çempionat və Avroliqa oyunları bir-birindən fərqlənir. Sabahkı görüşdə təhlil etdiyimiz məqamların üzərində işləməklə, qələbə qazanmağa çalışacağıq.

 

- Qrupda əsas favorit kimi görürsüz?

- Şəxsi fikrimcə, ən güclü komanda “Sent-Etyen”di. Onları nisbətən favorit kimi görürəm. “Maynts”, “Anderlext” və “Qəbələ” isə demək olar ki, eyni səviyyədədilər. Hər üçünün qrupdan çıxmaq şansı eynidi.

 

- “Qəbələ” ilə oyunöncəsi heyətlə bağlı probleminiz varmı?

- Kapitanımız qayıdıb, komanda ilə birgə məşq edir. Yüz fazir hazırdı. Bir itkimiz var, 38 nömrəli futbolçumuz (Gerrit Holtmann - red.) zədəlidi. Demək olar ki, ingilis həftəsi rejimində çıxış edirik. Sıx qrafikdə oyunlar keçiririk.

0