"Çətin oyun olacağını bilirdik. Düzü, pis oynamadıq. Hakimin verdiyi səhv qərarlar komandanı sındırdı". Apasport.az saytının xəbərinə görə, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi”yə uduzaraq (2:0) mübarizəni dayandıran "Xəzər Lənkəran" klubunun futbolçusu Orxan Səfiyaroğlu deyib.
25 yaşlı yarımmüdafiəçi matçın baş hakimi Rəhim Həsənovun onu hədələdiyini də bildirib: "Elə matçdan öncə baş məşqçimiz də dedi ki, ehtiyatlı oynayın. Çalışın ki, cərimə meydançasında rəqib futbolçulara toxunmayın. Biz 12 nəfər qarşı oynadıq. Qarşılaşmadan dərhal sonra baş hakim Rəhim Həsənova yaxınlaşaraq dedim ki, əziyyətimizi yerə vurdunuz. Haqqımızı halal etmirik. Cavabında mənə dedi ki, "qoduq, get o tərəfə". Səni bir sözümlə futboldan silərəm" (premyer.az).
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu