[b]“Hakim qapımıza olmayan penalti təyin etdi”[/b]
31.07.2017 - 18:57
[b]“Hakim qapımıza olmayan penalti təyin etdi”[/b]

“Məşqlərdə var gücümlə çalışıram. Hiss edirəm ki, yeni mövsümə tam hazıram”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin qapıçısı Tibo Kurtua deyib.

 

Yoldaşlıq oyunları çərçivəsində “İnter”ə qarşılaşan “zadəganlar” 1:2 hesabı ilə uduzublar. Klubun saytına açıqlama verən Kurtua bu görüş haqda danışıb.

 

Belçikalı çərçivə qoruyucusu komandanın hazırkı vəziyyətinə də toxunub: “İnter”lə oyunda normal təsir bağışladıq. İlk hissədə hər iki komanda topla çox davrandı. Görüşün əvvəlində komandamı qoldan xilas etdim. Fasiləyə az qalmış isə hakim qapımıza olmayan penalti təyin etdi. İlk zərbəni qaytarsam da, təkrar həmləni dəf edə bilmədim. Bu görüş müəyyən mənada “Bavariya” ilə matça bənzədi. Yenə əks-hücumlardan qollar buraxdıq. Bunun üzərində işləmək lazımdı”.