"Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.
Paraqvaylı yarımmüdafiəçi klubunun rəsmi internet saytına açıqlama verib. Ramos onun AZAL-la kubok oyununda hakimi təhqir etməkdə ittiham edən rəqib baş məşqçisi Tərlan Əhmədovun fikirlərinə münasibət bildirib: “Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır. Tərlan Əhmədov AZAL klubundan əvvəl "Neftçi"də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Əhmədov ispan dilində başa düşmür. Əgər o, oyunda işlətdiyim hər hansı ifadəni söyüş kimi başa düşübsə, bu mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır."
Qeyd edək ki, “Neftçi” AZAL-la səfər oyununda 1:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.