[b]“Həyatımda belə hakimlik görməmişəm” - Roman Qriqorçuk[/b]
09.04.2016 - 17:07
[b]“Həyatımda belə hakimlik görməmişəm” - Roman Qriqorçuk[/b]

“Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXIX turunda “Sumqayıt”ın qonağı olan şimallılar səfərdə 1 xalla kifayətlənib – 1:1.

 

Matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirən ukraynalı mütəxəssis hakimlikdən narazılıq bildirib: “Belə vəziyyət yaranmasını heç cür başa düşə bilmirik. Hakim səhvləri ancaq bizə qarşı olur. Çox məyusuq”.

 

Qriqorçuk şans vermədiyi Ruslan Abışov və Pavel Paşayev haqda da danışıb: “Ruslan Abışovla aramda heç bir problem yoxdu. Sadəcə, bu gün tam formada olan futbolçuları meydanda buraxdım. O ki qaldı Pavel Paşayevə, matçın gedişində onu meydana buraxmağı lazım bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var”.

0