[b]“Höteborq” yeni transferini “Qarabağ”la oyunlara saxlayır[/b]
12.08.2016 - 11:19
[b]“Höteborq” yeni transferini “Qarabağ”la oyunlara saxlayır[/b]

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” son transferini gerçəkləşdirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İsveç klubu müdafiə xəttinin sol cinahındakı problemi həll edib.

 

Haytam Alesamini “Palermo”ya satan “Höteborq” əvəzində Avstraliya millisinin üzvü Skott Jameysonla anlaşıb. Bu transfer müqabilində isveçlilər 27 yaşlı oyunçunun klubu “Vestern Sidney Vonderers”ə 106 min avro ödəyiblər. Jameyson yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Beləliklə, “Höteborq” 1,2 milyon avroya satdığı Alesaminin yerini doldurub.

 

“Höteborq”un idman direktoru Mats Qrin yeni transferin İsveç çempionatının XVIII turu çərçivəsində “Falkenburq”la bu gün keçirəcəkləri matçda iştirak etməyəcəyini açıqlayıb. O, 2009-cu ildən bəri Avstraliya yığmasının heyətində 4 oyun keçirmiş Jameysonu “Qarabağ”la qarşılaşma üçün qoruduqlarını vurğulayıb.

 

Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də İsveçdə keçiriləcək.