[b]“İkinci qoldan sonra arxayınlıq yarandı” – Roman Qriqorçuk[/b]
04.11.2017 - 18:25
[b]“İkinci qoldan sonra arxayınlıq yarandı” – Roman Qriqorçuk[/b]

“Əsas odu ki, qələbə qazandıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ölkə çempionatının XI turunda “Səbail”i qəbul edən “qırmızı-qaralar” 3:1 hesablı qələbə qazanıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bu fikirləri səsləndirib: “Belə oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada arxayınlıq yarandı”.

 

- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?

- Bunun birinci dəfə şahidi olurduz? (gülür).

 

- “Qarabağ”la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional reaksiya bildirmirdim.

 

- Rəqibin baş məşqçisi dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdi...

- Bu, onun fikridi, hörmətlə yanaşıram.

 

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımz yoxdu, yəni ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçib, yoxlama oyununda qüvvəmizi sınayacağıq.

 

- Qarşıda “Neftçi” ilə oyununuz var. Rəqib son vaxtlar qələbələri sıralayır...

- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. “Neftçi” ilə oyunumuz çətin keçəcək.

0