[b]“İlk dəfə idi ki, stadionda futbola baxırdım” – Azərbaycanlı dünya çempionu[/b]
09.04.2017 - 22:53
[b]“İlk dəfə idi ki, stadionda futbola baxırdım” – Azərbaycanlı dünya çempionu[/b]

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” matçını izləyənlər arasında kikboksinqin WBC versiyası üzrə dünya çempionu, azərbaycanlı idmançı Zabit Səmədov da var idi.

 

Matç başa çatdıqdan sonra “Mauqli” qısa açıqlama verib.

 

- Futbola tez-tez gedirsiz?

- Azərbaycanda ilk dəfə idi ki, stadionda futbola baxırdım. “Qarabağ”a azarkeşlik edirdim. Komandanın rəhbərliyi tərəfindən dəvət edilmişdim. Bu komanda Avropada çox səs gətirdi. Uğurlar arzulayıram.

 

- Bu iki rəqib arasında bir ay sonra yenə oyun olacaq. Həm də Naxçıvanda. Həmin matçda da sizi stadionda görə bilərik?

- Sözün açığı, Bakıda o qədər qalmayacam. Bir də Avropadakı oyunlarında gələrəm. Azərbaycan oynayan hər komandanı dəstəkləyirəm. “Qəbələ”, “Neftçi”, “Qarabağ” və ya digər fərqi yoxdu.

 

- Milli komandanı izləyirsiz?

- Əlbəttə, milli bizim ümid yerimizdi. Onu hər adam dəstəkləməlidi.

 

- Beynəlxalq aləmdə kimə azarkeşlik edirsən?

- Konkret azarkeşlik etdiyim klub yoxdu. Bir dəfə Çempionlar Liqasının finalında “Atletiko” ilə “Real”ın matçını stadionda izlədim. “Atletiko”nun qalib gəlməsini istəyirdim, ancaq alınmadı.

0