[b]“İnter” 10-a çatdı[/b]
24.10.2016 - 12:27
[b]“İnter” 10-a çatdı[/b]

Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının cari mövsümünün ilk 9 turunda məğlub olmayan Zaur Svanadzenin yetirmələri ötən çempionatın son qarşılaşmasında da uduzmayıb.

 

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün 35-ci turunun “Neftçi” ilə görüşündə yenilib. Mayın 15-da 2:4 hesabı ilə uduzan 172 gündü məğlub olmur. Bu müddətdə “bankirlər” 5 qələbə qazanıb və 5 heç-heçə edib.

 

Bununla da “İnter” cari mövsümdə Premyer Liqada davam edən məğlubiyyətsizlik seriyalarında “Qəbələ”yə çatıb. Hər iki klub 10 matçdı uduzmur.

 

Davam edən seriyalar üzrə dünya rekordu isə “Altın Asır” (Türkmənistan) və “Etual de Sael”ə (Tunis) məxsusdu. Bu komandalar 30 oyundu uduzmurıar.

0