Artıq sabah Topaz Premyer Liqasında 2015/16 mövsümü start götürəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında III təsnifat mərhələsinə qədər irəliləməyi bacaran “İnter” daxili birincilikdə xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.
“Bankirlər” həmin futbolçuların adlarını Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Baş məşqçi Zaur Svanadze hələlik 20 oyunçuya bel bağlamalı olacaq. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 1-i isə hücumçudu. Maraqlıdı ki, pulsuzluqdan şikayət edən “İnter”in 20 futbolçusundan yarısı, yəni 10-u əcnəbidi. Onların içində isə gürcülər çoxluq təşkil edir. Baş məşqçinin əlində hazırda 4 həmyerlisi var.
“İnter”in iştirak ərizəsi belədi:
| N | Oyunçu | Vətəndaşlığı | Mövqeyi | Təvəllüdü |
| 25 | Ağayev Səlahət Nüsrət | Azərbaycan | qapıçı | 1991-01-04 |
| 96 | Poladov Elşən Vahid | Azərbaycan | qapıçı | 1979-11-30 |
| 1 | Lomaya Giorgi | Gürcüstan | qapıçı | 1979-08-08 |
| 22 | Qırtımov İlkin İlham | Azərbaycan | müdafiəçi | 1990-11-04 |
| 14 | Xizanişvili Zurab | Gürcüstan | müdafiəçi | 1981-10-06 |
| 5 | Silva Kruz Denis | Braziliya | müdafiəçi | 1985-12-28 |
| 30 | Hüseynov Abbas | Azərbaycan | müdafiəçi | 1995-06-13 |
| 3 | Qarsiya Martinez Xuan Fransisko | İspaniya | müdafiəçi | 1986-01-10 |
| 4 | Kasradze Laşa | Gürcüstan | müdafiəçi | 1989-07-28 |
| 44 | Alexandro Benitez İvan | İspaniya | müdafiəçi | 1988-05-31 |
| 23 | de Souza Martins Dieqo | Braziliya | yarımmüdafiəçi | 1988-08-27 |
| 20 | Fomenko Yuriy | Ukrayna | yarımmüdafiəçi | 1986-12-31 |
| 19 | Seyidov Mirhüseyn Seyid | Azərbaycan | yarımmüdafiəçi | 1992-08-10 |
| 15 | Polyak Stepan | Xorvatiya | yarımmüdafiəçi | 1983-11-17 |
| 10 | Abdullayev Elnur Sücayət | Azərbaycan | yarımmüdafiəçi | 1986-02-16 |
| 7 | Kvekveskiri Nika | Gürcüstan | yarımmüdafiəçi | 1985-05-29 |
| 24 | Bayramov Fuad Həsən | Azərbaycan | yarımmüdafiəçi | 1994-11-30 |
| 17 | Abbasov Mirsahib Miryavər | Azərbaycan | yarımmüdafiəçi | 1993-01-19 |
| 8 | Hacıyev Nizami Oqtay | Azərbaycan | yarımmüdafiəçi | 1988-02-08 |
| 11 | Əliyev Rauf Səhrəman | Azərbaycan | hücumçu | 1989-02-12 |