[b]“İnter” 5-ə çatmaq istəyir[/b]
01.04.2017 - 20:55
[b]“İnter” 5-ə çatmaq istəyir[/b]

Azərbaycan Premyer Liqasının XXIV turunda “İnter” AZAL-la oynayacaq. Apasport.az saytının məlumatına görə, bu görüş iki komanda arasında 34-cü qarşılaşma olacaq.

 

Baş tutan 33 oyunun 15-də “İnter”, 5-də isə “təyyarəçilər” qələbəyə seviniblər. 13 görüşdə isə qalib müəyyənləşməyib. Aradakı top fərqi də “keçmiş bankirlər”in xeyrinədi: 35-21.

 

Zaur Svanadzenin komandası ardıcıl 4 oyundur qələbə qazanır. Şüvəlanlılar isə ardıcıl 14 matçda - təxminən 4 ilə yaxındı ki, 3 xal üzünə həsrətdi.

 

AZAL sonuncu dəfə 2013-cü il avqustun 18-də qələbə qazanıb – 2:1.