[b]“İnter” 600 milyon avroya satılır[/b]
29.03.2018 - 14:12
[b]“İnter” 600 milyon avroya satılır[/b]

“İnter”in çinli sahibləri klubu satmaq qərarına gəliblər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “neradzurra”nın səhmlərinin böyük hissəsinə (68,55%) sahib olan “Suning Group” şirkətini buna vadar edən bir neçə səbəb var.

 

Klubun avrokuboklarda iştirak etməməsi və maliyyə feyr-pley qaydalarını pozmaq riskinin olması ucbatından çinlilər bu addımı atmağı planlaşdırırlar. Şirkət Milan klubunun özlərinə aid səhmlərini 600 milyon avroya satacağını bəyan edib. A seriyası təmsilçisinin digər sahibi isə prezident Erik Tohirdi.

 

Qeyd edək ki, “İnter” 28 turdan sonra turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.