Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək turun qarşılaşmaları 4 müxtəlif vaxtda start götürəcək.
İki görüş 14:00-da başlayacaqsa, bu qarşılaşma bitəndən sonra növbəti görüşlər 1 saatlıq intervalla start götürəcək. II dövrənin ilk turu “İnter”lə “Qarabağ” arasında mərkəzi oyunla yekun vurulacaq.
X tur
29 oktyabr (çərşənbə)
14:00. “Araz Naxçıvan” – “Qəbələ”
Naxçıvan Muxtar Respublika stadionu
14:00. “Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”
17:00. AZAL – “Simurq”
“AZAL Arena”
18:00. “İnter” – “Qarabağ”
“İnter Arena”