“İnter” ardıcıl heç-heçələrin sayında dünyanın ikinci komandasıdı. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Topaz Premyer Liqasında imza atdığı “sülh seriya”sında yalnız “Melfi”dən geridədi.
Son 5 oyunda 1 xalla kifayətlənən Kaxaber Sxadadzenin yetirmələri ilə müqayisədə apenninlilər 1 heç-heçə çox edib. Lakin İtaliya təmsilçisi aşağı dəstədə - C seriyasında çıxış edir.
Yüksək liqa təmsilçiləri arasında rekordçu olan bakılılar Omanın “Sur”, Kanadanın “Monreal İmpakt” və Çinin “Şandun Lunen” klublarını arxada qoyur. Bu üç komanda ardıcıl 4 matçda heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, 5 oyunluq seriyaya 1:1-lə başlayan “İnter” son 4 görüşdən qolsuz “sülh”lə ayrılıb.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt