2015/16 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” bu gündən hazırlıqlara start verəcək. Apasport.az saytının məlumatına görə, “bankirlər” ilk məşqlərini axşam saatlarında yeni baş məşqçi Zaur Svanadzenin rəhbərliyi altında keçəcəklər.
Paytaxt klubundan aldığımız informasiyaya əsasən, əcnəbi futbolçulardan hələlik yalnız qapıçı Georgi Lomayanın “İnter”də qalacağı dəqiqdi. Hazırda Bakıda olan gürcüstanlı qolkiper axşam kollektivlə birlikdə məşqlərə qoşulacaq. Rəhbərliyin komandada saxlamaq istədiyi digər əcnəbi futbolçu Slavço Georgiyevski isə hazırda ölkəsi Makedoniyadadı və onunla danışıqlar davam edir.
Bundan başqa, öncədən “İnter”in ölkə xaricində, konkret olaraq Türkiyədə təlim-məşq toplanışı keçməsi planlaşdırılırdı. Lakin məlum maliyyə probleminə görə, komanda Avroliqaya hazırlığını öz bazasında keçəcək. Ən yaxşı halda Svanadze yetirmələrini yoxlama görüşü üçün hansısa bölgəyə apara bilər.