[b]“İnter” braziliyalı futbolçu istəyir[/b]
21.12.2017 - 17:41
[b]“İnter” braziliyalı futbolçu istəyir[/b]

“Şaxtyor”un yarımmüdafiəçisi Bernard karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “İnter” maraqlıdı.

 

Milan təmsilçisinin rəhbərliyi 25 yaşlı “sambaçı” ilə danışıqlara başlayıb. Keçidin baş tutması üçün “İnter”in texniki koordinatoru Valter Sabatini xüsusi fəallıq göstərir.

 

Bernardın “Şaxtyor”la müqaviləsinin müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2013-cü ildən Donetsk klubunun formasını geyinən Bernard bu komandanın heyətində cari mövsümdə ümumilikdə 24 oyun keçirib və 9 qola imza atıb.