“İnter” dünyanın ən az qol buraxan komandalarından biridi. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında keçirdiyi 10 qarşılaşmada cəmi 4 topa üzülən paytaxt təmsilçisi müdafiəsinin etibarlılığı ilə bir çox nəhəngləri arxada qoyur.
Hər oyuna buraxdığı orta qol sayında (0,40) dünyanın 15 ən yaxşısı arasına düşən Kaxaber Sxadadzenin yetirmələri Albaniya “Skenderbeu”su ilə eyni nəticəyə malikdi. Nəhənglərdən yalnız “Bavariya”, “Barselona” və “Porto” daha yaxşı göstərici ilə öyünə bilər.
Milli çempionatlarda ən az qol buraxan komandalar
1. “Partizani” (Albaniya) – 0,20 (10 oyunda 2 qol)
2-3. “Ramta” (İordaniya) – 0,20 (5 oyunda 1 qol)
2-3. “Əl-Fəysəl” (İordaniya) – 0,20 (5 oyunda 1 qol)
4. “Bavariya” (Almaniya) – 0,22 (9 oyunda 2 qol)
5. “Başakspor” (Türkiyə) – 0,29 (7 oyunda 2 qol)
6. “Srvenza Zvezda” (Serbiya) – 0,30 (10 oyunda 3 qol)
7-9. “Kayzers Çimf” (CAR) – 0,33 (9 oyunda 3 qol)
7-9. “Əl-Şabab” (Səudiyyə Ərəbistanı) – 0,33 (9 oyunda 3 qol)
7-9. “Barselona” (İspaniya) – 0,33 (9 oyunda 3 qol)
10. “Hapoel” (Kiryat-Şmona, İsrail) – 0,33 (6 oyunda 2 qol)
11. “Porto” (Portuqaliya) – 0,38 (8 oyunda 3 qol)
12. “Pelister” (Makedoniya) – 0,38 (13 oyunda 5 qol)
13. “Domjale” (Sloveniya) – 0,40 (15 oyunda 6 qol)
14-15. “İnter” (Azərbaycan) – 0,40 (10 oyunda 4 qol)
14-15. “Skenderbeu” (Albaniya) – 0,40 (10 oyunda 4 qol)
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”