[b]“İnter” gəlir[/b]
02.09.2016 - 02:03
[b]“İnter” gəlir[/b]

Milli komandaların oyunlarıyla əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstana təlim-məşq toplanışına yollanan "İnter" qonşu ölkədəki hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, "bankirlər" sentyabrın 1-də, axşam məşqində ikitərəfli oyunla Gürcüstandakı təlim-məşq toplanışına yekun vurub.

 

Komanda bu gün ölkəyə qayıdacaq. Sentyabrın 4-də "İnter Arena" stadionunda yenidən bir araya gələcək komanda 4-cü turun oyununa hazırlaşacaq.

 

Qeyd edək ki, toplanış çərçivəsində bir yoxlama oyunu keçirən "İnter", yerli "Samtredia"nı 2:0 hesabıyla məğlub etmişdi.