[b]“İnter” “Zirə”ni yoxladı: 5:1[/b]
08.10.2016 - 20:08
[b]“İnter” “Zirə”ni yoxladı: 5:1[/b]

Milli komandaların oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, “İnter” fürsətdən yararlanaraq “Zirə” ilə qarşılaşıb.

 

Görüş “bankirlər”in 5:1 hesablı darmadağını ilə yekunlaşıb.

 

Paytaxt klubunun heyətində qolları Nizami Hacıyev (2), Pərdis Fərcad-Azad, Slavik Alxasov və Məmməd Quliyev vurublar.

0