“İnter” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ardıcıl 4 matçdı qol buraxmır.
Zaur Svanadzenin yetirmələri 2015/16 mövsümünün son avrokubok görüşündə başladığı seriyanı davam etdirir. Həmin vaxt Bakıda “Atletik”lə qolsuz heç-heçə edən paytaxt klubu daha 3 qarşılaşmada eyni etibarlılıq göstərib.
“Mladost”la hər iki görüşdə (3:0, 2:0) qapısını quru saxlayan Səlahət Ağayev “Fola” ilə görüşdə də rəqibin fərqlənməsinə mane olub.
Bununla, klubun seriyası 4-ə çatıb. Bu da komandanın avrokubok tarixində yeni rekorddu.
Qeyd edək ki, bunadək “İnter” ən yaxşı halda 3 quru oyunu sıralamışdı.