[b]“İnter” səfərdən darmadağınla dönür - YENİLƏNİB[/b]
30.06.2017 - 00:25
[b]“İnter” səfərdən darmadağınla dönür - YENİLƏNİB[/b]

Bu gün Avropa Liqasında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin diqqəti ilk olaraq “Zirə”nin, ardınca isə “İnter”in oyununa yönəlib.

 

Birincilərin qələbəsindən sonra Zaur Svanadzenin yetirmələri də ümidləri artıqlaması ilə doğruldublar. "İnter" matça yaxşı başlamasa da, tezliklə təşəbbüsü ələ alıb. 

 

Çox keçmədən bu üstünlük hesabda da əks olunub. Təxminən 20 dəqiqə intervalla iki cərimə zərbəsini möhtəşəm yerinə yetirən Adrian Skarlatake rəqibi şoka salıb. İlk hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə ənənəvi təmkinli oyununu göstərən bakılılar bir də 75-ci dəqiqədə diqqət mərkəzinə gəliblər. Rauf Əliyev növbəti möhtəşəm qola imza atıb.

 

Qalan dəqiqələrdə qol olmayınca matç bu hesabla başa çatıb.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

 

“Mladost” (Serbiya) – “İnter” (Azərbaycan) - 0:3

Qollar: Skarlatake, 23, 41, Rauf Əliyev, 76

 

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Luçani. “Mladost” stadionu

 

“Mladost”: 1. Nemanya Krznariç, 4. İvan Miloçeviç, 7. Saşa Yovanoviç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 18. Obiara Odita, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara

Ehtiyat oyunçular: 22. Zlatko Zeçeviç, 10. Xusiddin Qafurov, 12. Nenad Qavriç, 17. İvan Pesiç, 31. Yanko Tumbaçeviç, 32. İvan Markoviç, 77. Predraq Pavloviç

Baş məşqçi: Nenad Milovanoviç

 

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad Azad, 10. Elnur Abdullayev, 11, Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirshüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze