[b]“İnter”in prezidenti tələsmir: Hər şeyi ölçüb-biçmək lazımdı[/b]
07.01.2016 - 17:35
[b]“İnter”in prezidenti tələsmir: Hər şeyi ölçüb-biçmək lazımdı[/b]

“AFFA borcların ödənməsi üçün klublara yanvarın sonuna qədər vaxt verib. Problemi yoluna qoymaq üçün hələ zamanımız var”. Bunu apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

AFFA “Qarabağ” istisna olmaqla, Topaz Premyer Liqasının digər 9 iştirakçısına borclarını ödəmək üçün yanvarın 29-dək vaxt verib. Həmin müddətə qədər borclar ödənilməsə, komandalar həm yeni transferləri qeydiyyata sala bilməyəcək, həm də heyətlərindəki əcnəbi futbolçuların xidmətindən yararlana bilməyəcəklər.

 

“Qəbələ” klubu bu problemi artıq yoluna qoyub. “İnter” rəhbərliyi isə tələsmək fikrində deyil.

 

“Bankirlər”in yeni rəhbəri Rəşad Qasımov bu məsələnin yoluna qoyulacağına əmindi: “Çalışırıq elə edək ki, isti-isti hansısa qərarı qəbul edib, sonra geri dönüb nəyisə düzəltməyək. Çünki bizdə təkcə bu deyil. UEFA ilə bağlı məsələ də var. AFFA, PFL və “İnter” klubu arasında bununla bağlı birlikdə iş gedir. İnanıram ki, ortaq məxrəcə gələcəyik. Yanvarın 29-na hələ çox vaxt var. İndidən bunun üstünə düşüb, tələm-tələsik bir iş görmək istəmirik. Hər şeyi ölçüb-biçmək lazımdı”.

 

Qasımov əlavə edib ki, borcların ödənilməsi ilə bağlı görüşlər keçiriblər: “Ümumi görüşümüz olub. Bunların içində belə bir məsələ də var idi. “İnter” Azərbaycan çempionatında ikinci pillədə qərarlaşan komandadı. Mənə elə gəlir ki, bu məsələlər belə bir komanda üçün problem olmaz. İnşallah, yoluna qoyulacaq”.

 

Ruslan SADIQOV

0