[b]“İnter”in qələbəsiz oyunlar seriyası 5-ə çatdı[/b]
02.11.2014 - 18:50
[b]“İnter”in qələbəsiz oyunlar seriyası 5-ə çatdı[/b]

Bu gün Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”la qolsuz bərabərə qalan “İnter” qələbəsiz oyunlar seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan qarşılaşmada “bankirlər” 5-ci dəfə 1 xalla kifayətləniblər.

 

Bundan başqa, Kaxaber Sxadadzenin yetirmələri meydanı ardıcıl 4-cü dəfə 0:0 hesabı ilə tərk edib.

 

Sonuncu dəfə (VI tur) “Bakı”nı evdə darmadağın (7:0) edən “İnter” AZAL-la (1:1) səfər oyununda Mikel Alvaronun qolundan sonra rəqib qapılarına top vurmaqda çətinlik çəkir.

 

Qeyd edək ki, “İnter” VII turda AZAL-la 1:1 hesablı heç-heçə edib. Daha sonra “Simurq”un, “Neftçi”nin, “Qarabağ”ın müqaviməti ilə üzləşib.