“İnter”in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Mladost” yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Luçani təmsilçisi Serbiya çempionatının son qalibi “Partizan”la üz-üzə gəlib.
“Mladost” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmada yeganə qola ikinci hissədə İvan Markoviç penaltidən imza atıb.
“Mladost” - “Partizan” - 1:0
Qol: İ. Markoviç, 53 (pen.)
“Mladost” (birinci hissə): Nemanya Krznariç, Miloş Şatara, İvan Miloşeviç, Nikola Andriç, Boqdan Miloşeviç, Aleksandr Pejoviç, Nenad Marinkoviç, Vladimir Radivoyeviç, Nenad Qavriç, Saşa Yovanoviç (Obiora Odita, 19), Miloş Trifunoviç
(İkinci hissə): Draqan Rosiç, Zlatko Zeçeviç, İvan Markoviç, Obiora Odita, Husniddin Qafurov, Predraq Pavloviç, Uroş Sindiç, Sinişa Saniçanin, Nikola Terzin, İvan Peşiç, Veliko Kiyevçanin
Qeyd edək ki, “Mladost”la “İnter” arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda keçiriləcək.