[b]“İnter Arena”da yubiley[/b]
01.04.2017 - 11:40
Azərbaycan Premyer Liqasının XXIV turunun AZAL-la oyunu “İnter”in baş məşqçisi Zaur Svanadze üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis paytaxt təmsilçisini 75-ci oyuna çıxaracaq.
İki mövsümdü “İnter”ə rəhbərlik edən Svanadze indiyədək 74 matçda komandasının “sükanı arxası”nda olub. Bu oyunlarda 31 qələbə qazanan bakılılar 25 heç-heçə edib və 18 dəfə uduzub. Onun yetirmələri 92 qol vurub və 69-nu buraxıb.
Qeyd edək ki, Svanadzenin 74 oyunundan 59-u Premyer Liqa, 9-u kubok, 6-sı avrokuboklara təsadüf edib.
0
0