[b]“Jalgiris” Azərbaycan çempionu ilə qarşılaşa bilər[/b]
31.10.2016 - 09:40
[b]“Jalgiris” Azərbaycan çempionu ilə qarşılaşa bilər[/b]

Çempionlar Liqasının 2017/18 mövsümündə çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Litva çempionu adını qazanan “Jalgiris” Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək hüququ qazanıb.

 

Vilnüs təmsilçisi çempionluğu mövsümün sonuna 3 tur qalmış təmin edib. “Atlantas”ı ev oyununda 2:0 hesabı ilə məğlub edən paytaxt klubu 30 matçdan sonra xallarını 72-yə çatdırıb. “Trakai” ilə xal fərqi 12-yə yüksələn “Jalgiris” izləyicisi üçün əlçatmaz olub.

 

Bununla, “Jalgiris” ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə ölkə çempionu adını əldə edib. Qızıl medalların sayında “Ekranas”a çatan paytaxt klubu yalnız 8 uğuru olan “Kaunas”dan geri qalır.

 

Qeyd edək ki, “Jalgiris” Çempionlar Liqasında Azərbaycan təmsilçisinə potensial rəqib olub.

0