[b]“Kadiz”in baş məşqçisi Eddi İsrafilovdan danışdı[/b]
03.08.2017 - 21:34
[b]“Kadiz”in baş məşqçisi Eddi İsrafilovdan danışdı[/b]

Milli komandamızın futbolçusu Eddi İsrafilov yeni mövsümdə də hazırkı klubunda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçunun formasını geyindiyi “Kadiz”in baş məşqçisi Alvaro Kervera açıqlama verib.

 

İspan mütəxəssis İsrafilovun onlara lazım olacağını deyib: “Eddi keçən il özünü yaxşı tərəfdən göstərə bilmədi. Onun üçün təkliflər də almışdıq. Bu mövsüm öz üzərində çox çalışır. İnanıram ki, komandamıza xeyir verəcək. Hər şey mövsümün gedişində bəlli olacaq”.

 

Qeyd edək ki, Eddi 2016-cı ildən “Kadiz”in şərəfini qoruyur.