[b]“Kan” və “Qarabağ”la oyunları bir sıraya qoymamalıyıq”[/b]
13.09.2014 - 17:00
[b]“Kan” və “Qarabağ”la oyunları bir sıraya qoymamalıyıq”[/b]

“Oyunları fərqləndirmək mənim fəlsəfəmə ziddi. Qarşıdakı görüşlərdə daha effektiv çıxış etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

 

“Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Sent-Etyen bu gün Fransa çempionatında “Kan”ı qəbul edəcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmadan öncə Qaltye qarşıdakı oyunlar haqqında fikirlərini bildirib.

 

“Biz Liqa 1-də “Kan” və Avroliqada “Qarabağ”la oyunları bir sıraya qoymamalıyıq. Çempionatda xal itirə biləriksə, qrupda  bu, bağışlanmazdı. Bizim 1/16 finala çıxmaq üçün real istəyimiz var. Əgər bu belə olmasa, mən bazar ertəsi kassaya gələn azarkeşlərimizə deyərəm ki, bilet almasınlar. Sadəcə, bizim “Karabükspor”la pley-offdakı emosiyalarımıza nəzər salmaq lazımdı. Avroliqa bizim üçün Çempionlar Liqasıdı”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.