[b]“Karabükspor”un futbolçusu Azərbaycanda?[/b]
28.12.2017 - 12:19
[b]“Karabükspor”un futbolçusu Azərbaycanda?[/b]

“Karabükspor”un futbolçusu Kristian Tanase qış fasiləsində Azərbaycana köçə bilər. Apasport.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi adı açıqlanmayan Premyer Liqa komandasının maraq dairəsindədi.

 

Lakin bu keçid o qədər asan görünmür. Çünki Superliqa təmsilçisində aylıq maaşı 50 min avro olan hücumameyilli oyunçunun fərdi bonuslarla birlikdə illik qazancı 1 milyon avroya çatır. Artıq bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkən Karabük təmsilçisi Rumıniya millisinin üzvü ilə yollarını ayırmağın planlarını cızır. Azərbaycanla yanaşı, Türkiyənin bir neçə klubu da futbolçunun keçidində maraqlıdı.

 

Onun sabiq komandası “Styaua”ya dönüşü də istisna deyil. Lakin Rumıniya klubunun sahibi Cici Becali ən yaxşı halda 40 min avro maaş verə bilər. Əgər Tanase buna razılıq versə, “Styaua”nın digər oyunçuları Konstantin Budesku və Denis Alibeklə birlikdə çempionatın ən yüksək ödənişli futbolçusuna çevriləcək.

 

Qeyd edək ki, 2009-2015-ci illərdə “Styaua”da çıxış etmiş Kristian Tanase “Karabükspor”a ötən il “Sivasspor”dan keçib. O, Rumıniya millisinin heyətində 41 matçda 6 qola imza atıb.