[b]“Karlos Kardosoya 5 yox, 10 oyunluq cəza düşürdü”[/b]
27.02.2014 - 16:25
[b]“Karlos Kardosoya 5 yox, 10 oyunluq cəza düşürdü”[/b]

“Siz bir şeyi qarışdırırsınız. Gəlin, baxaq görək, o qırmızı vərəqələr necə verilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

55 yaşlı mütəxəssis bu gün “Qarabağ”la görüş öncəsi təşkil olunan mətbuat konfransında “Neftçi” futbolçularının tez-tez vərəqə almaları, klubdakı intizamsızlıqla bağlı sualı da cavablandırıb.

 

O bildirib ki, narahatçılığa əsas yoxdur: “Onları buna təhrik edən olub. Şəxsən mən sonradan həmin epizodlara baxdım. Karlos Kardosoya “Xəzər Lənkəran”la görüşdəki hərəkətinə görə 5 yox, 10 oyunluq cəza düşürdü. Ancaq onu buna vadar edən olmasaydı, belə bir şey edərdi? Mən komandaya yeni gəlmişəm. Birdən birə hər şeyi düzəldə bilmərəm. Amma onu da deyim ki, “Neftçi”də intizamla bağlı hər şey qaydasındadır”.