[b]“Karlsrue” Dmitri Nazarovla bağlı yekun qərar verdi[/b]
30.03.2016 - 12:31
[b]“Karlsrue” Dmitri Nazarovla bağlı yekun qərar verdi[/b]

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun yayda “Karlsrue”dən ayrılacağı dəqiqləşib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi hansı futbolçularla əməkdaşlığı davam etdirib, hansılarla yolları ayıracağını artıq müəyyənləşdirib.

 

Hələ bir neçə gün öncə çıxan xəbərdə Nazarovun adı komandadan ayrıla biləcək 7 futbolçudan ibarət siyahıda göstərilmişdi. Baş məşqçi Markus Kauçzinski kimlərin qalıb, kimlərin göndərilməsi ilə bağlı yekun qərarını verib.

 

Təcrübəli futbolçu Martin Stoll, həmçinin Valentino Vuyinoviçlə yeni müqavilə imzalanıb. Hər iki oyunçunun sözləşməsinin müddətinin uzadılması Almaniya mətbuatı üçün gözlənilməz olub.

 

Əvəzində yayda müqavilələri başa çatacaq Dominik Peyts, Saşa Traut və Dmitri Nazarovun komandadan göndərilməsinə qərar verilib. Adıçəkilən futbolçuların yeri gənc oyunçularla doldurulacaq.

 

Qeyd edək ki, Nazarov 2013-cü ildən “Karlsrue”nin formasını geyinir. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasına isə 2014-cü ildən dəvət alır.