[b]“Karşıyaka” darmadağın oldu, Mahir Şükürov cəzalandırıldı[/b]
22.03.2015 - 20:15
[b]“Karşıyaka” darmadağın oldu, Mahir Şükürov cəzalandırıldı[/b]

Türkiyə PTT I liqasında XXV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Samsunspor"la qarşılaşıb.

 

Oyunda təmsilçimizin komandası darmadağın olub. "Karşıyaka"nın 4 cavabsız qolla məğlub olduğu matçda müdafiəçimiz 90 dəqiqə mübarizə aparıb. Şükürov görüşün 45-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırlıb.

 

Qeyd edək ki, bu matçdan sonra “Karşıyaka” 36 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.