Türkiyənin PTT I liqasında IX turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” səfərdə “Adana Dəmirspor”un qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşdə Mahir iştirak etməyib. 32 yaşlı müdafiəçi millimizin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna hazırlaşır. Şükürov bu gün U-21 yığmamızla matçda meydana start heyətdə çıxıb və 24-cü dəqiqədə penaltidən fərqlənərək, qarşılaşmada hesabı açıb. O, fasilədən sonra Qara Qarayevlə əvəzlənib.
Qeyd edək ki, 2 oyunluq fasilədən sonra yenidən millimizə çağırılan Mahir Şükürov Bakıya erkən (noyabrın 4-ü) qayıdıb. Bunu səbəbi isə rəsmi debüt etdiyi I turda sabiq komandası olan “Antalyaspor”a görüşdə, VI turda “Qaziantep BB”, VII turda “Manisaspor” və VIII turda “Samsunspor”la görüşlərdə sarı vərəqə almaqla cəzalı duruma düşməsi olub.