[b]“Karşıyaka” rəhbərliyi Mahir Şükürovla bağlı yeni qərar verdi[/b]
08.04.2015 - 09:17
[b]“Karşıyaka” rəhbərliyi Mahir Şükürovla bağlı yeni qərar verdi[/b]

“Karşıyaka”nın əsas heyətindən kənarlaşdırılan Mahir Şükürovla bağlı yeni qərar verilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimiz İzmir təmsilçisinin U-21 komandasına göndərilib.

 

Azərbaycan yığmasının düşərgəsinə gəldikdən sonra Türkiyəyə vaxtından gec qayıdan futbolçu baş məşqçi Ayhan Akman tərəfindən əsas heyətdən uzaqlaşdırılmışdı. Bir neçə gün fərdi qaydada hazırlaşan Mahir bundan sonra “Karşıyaka”nın 21 yaşadək futbolçularından ibarət komandasında məşq edəcək.

 

Qeyd edək ki, “Karşıyaka”dan 6 aydı maaş almadığını iddia edən Mahirin gələcək taleyi qaranlıq olaraq qalmaqdadı. Futbolçunun tezliklə Türkiyə klubundan ayrılacağı inandırıcı görünür.