[b]“Kəpəz” 3 futbolçudan imtina etdi[/b]
21.12.2017 - 11:59
[b]“Kəpəz” 3 futbolçudan imtina etdi[/b]

“Kəpəz” üç futbolçu ilə yolları ayırıb. Apasport.az saytı xəbər verir ki, bunlar yarımmüdafiəçilər Samba Diallo, Mansur Aladji və hücumçu Viktor Oseqeyldi.

 

Bu barədə məlumatı Gəncə klubu rəsmən açıqlayıb.

 

Qeyd edək ki, hər 3 futbolçu “Kəpəz”in sabiq çalışdırıcısı Şahin Diniyevin dövründə komandaya cəlb olunmuşdu. Aladji digərlərindən fərqli, cari mövsümün gedişində gəncəlilərlə müqavilə imzalamışdı.