[b]“Kəpəz” – “İnter” matçının yeri dəyişdi[/b]
05.09.2017 - 18:17
[b]“Kəpəz” – “İnter” matçının yeri dəyişdi[/b]

“Kəpəz” Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək, IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib.

 

Belə ki, gəncəlilər IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan PFL “Kəpəz”in müraciətini müsbət cavablandırıb.

 

Beləliklə, sentyabrın 9-da “İnter” “İnter Arena”da “Kəpəz”i qəbul edəcək. Komandalar arasında ikinci dövrənin qarşılaşmasında isə ev sahibi “Kəpəz” olacaq.