[b]“Kəpəz” – “Keşlə” matçının hakimi dəyişdirildi[/b]
06.04.2018 - 17:34
[b]“Kəpəz” – “Keşlə” matçının hakimi dəyişdirildi[/b]

Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçının hakimlər briqadasında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Elvin Əsgərovu baş hakim kimi İnqilab Məmmədov əvəz edəcək.

 

Buna Əsgərovun səhhəti ilə əlaqədar olaraq Gəncəyə gedə bilməməyidi. Oyunda dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, “Kəpəz” – “Keşlə” görüşü aprelin 7-də keçiriləcək.