[b]“Kəpəz”: adaşlar qayıtdı, biri qaldı[/b]
06.05.2016 - 14:28
[b]“Kəpəz”: adaşlar qayıtdı, biri qaldı[/b]

 

Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Kəpəz”də zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Lənkərana bu gün yollanan Gəncə təmsilçisinin heyətlə bağlı 2 problemi həll edilib.

 

Ötən tur “Rəvan”la matçda xəsarət alan Şəhriyar Əliyev və Şəhriyar Rəhimovun “Xəzər Lənkəran”la görüşü buraxmaq ehtimalı yaranmışdı. Lakin təkrar tibbi müayinədən keçdikdən sonra adaşların vəziyyətinin yaxşı olduğu müəyyənləşib. Həkimlər Əliyev və Rəhimovun bu tur meydana çıxmağa hazır olduqlarını bildiriblər.

 

Onlardan fərqli, Ceyhun Cavadovun isə zədəsi nisbətən ciddidi. Yarımmüdafiəçi Lənkəran səfərində komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, sabah keçiriləcək “Xəzər Lənkəran” – “Kəpəz” matçı saat 16:00-da start götürəcək.