[b]“Kəpəz” iki keçidi rəsmiləşdirdi[/b]
25.12.2017 - 16:10
Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçunu heyətinə qatıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi mövsümün ilk yarısını “Keşlə”də keçirən Samir Zərgərov və “Zirə”dən ayrılan Murad Səttarlı ilə müqavilə bağlayıb.
Yarımmüdafiə mövqeyində çıxış edən hər iki oyunçu ilə 1 illik razılıq əldə olunub.
Qeyd edək ki, Samir Zərgərov “Kəpəz” üçün yad sima deyil. O, 2010/11 mövsümündə gəncəlilərin şərəfini qoruyub.
0
0