[b]“Kəpəz” Junioru, “Neftçi” Qurbanovu itirdi[/b]
04.04.2016 - 11:45
[b]“Kəpəz” Junioru, “Neftçi” Qurbanovu itirdi[/b]

Topaz Premyer Liqasının XXVIII turu iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, IV dövrənin dünən keçirilən ilk oyun günündən sonra Junior Osvaldo və Kamal Qurbanov cəzalı duruma düşüb.

 

Turun yeganə qırmızısının müəllifi olan Junior AZAL-la qarşılaşmada meydandan qovulub. “Kəpəz”in braziliyalısı növbəti turun “Qarabağ”la matçını buraxacaq.

 

Cəzalı duruma düşən digər futbolçu isə sarı vərəqə limitinə görə XXIX turu buraxmalı olacaq. Belə ki, “Neftçi” Qurbanovun xidmətindən məhrum olub. “Rəvan”la görüşdəki “sarı” onun üçün 8-ci olub. Nəticədə Kamal “Xəzər Lənkəran”la səfərdəki “Böyük oyun”u buraxacaq.

 

 

0