[b]“Kəpəz” Zərgərovu itirdi[/b]
07.04.2018 - 17:33
Topaz Premyer Liqasının XXII turunun açılış oyunu bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “Keşlə” qarşılaşmasında sarı vərəqə alan Samir Zərgərov növbəti turu buraxacaq.
Gəncə təmsilçisinin üzvü mövsümdə 4-cü xəbərdarlıqdan sonra bu durumla üzləşib. O, aldığı vərəqələrdən biri ilə “Kəpəz”, üçü ilə mövsümün ilk yarısında çıxış etdiyi “Keşlə”də üzləşib.
Bu üzdən də Zərgərov XXIII turun “Qarabağ”la ev matçını buraxacaq. Həmin oyun aprelin 14-də Gəncədə keçiriləcək.
0
0