[b]“Kəpəz”də biri qayıtdı, digəri onu əvəz etdi[/b]
26.04.2016 - 10:22
[b]“Kəpəz”də biri qayıtdı, digəri onu əvəz etdi[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi gündə 2 dəfə bir araya gələrək, məşq keçir.

 

Baş məşqçi Şahin Diniyev bu matçda oğlunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Kərim Diniyev sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

 

Əvəzində komandanın digər aparıcı oyunçusu Namiq Ələsgərov sıraya dönüb. İstedadlı yarımmüdafiəçi zədəli olduğu üçün son vaxtlar komandasına kömək edə bilmirdi. Lakin Ələsgərovun zədəli günləri artıq geridə qalıb. Sıraya dönən futbolçu “Rəvan”a qarşı oynaya biləcək.

 

Qeyd edək ki, “Kəpəz” – “Rəvan” qarşılaşması aprelin 30-da keçiriləcək. 

0