“Kəpəz”in daha bir futbolçusunun taleyinə aydınlıq gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Dedimar Fereyranın komandada qalıb-qalmayacağı müəyyənləşib.
Baş məşqçi Yunis Hüseynov ehtiyac duymadığı digər legionerlər - Samba Diallo, Mansur Aladji və Viktor Oseqeyldən fərqli, Fereyranın qalmasını istəyib. Braziliyalı müdafiəçi müqaviləsinin sonuna, yəni yaya qədər “Kəpəz”in formasını geyinəcək. 25 yaşlı futbolçunun gələcək taleyi ilə bağlı qərar isə mövsümün sonunda veriləcək.
“Kəpəz”in digər futbolçusu Sergey Çernişevin durumuna isə tam aydınlıq gəlməyib. Yarımmüdafiəçinin komandadan ayrılmaq ehtimalı çox olsa da, bu, qışda həyata keçiriləcək transferlərdən asılıdı.
Qeyd edək ki, “Kəpəz” qış fasiləsində “Zirə”dən Murad Səttarlını heyətinə qatıb, “Qəbələ”dən isə Roman Hüseynovu icarəyə götürüb.