“Kəpəz”in qapıçısı Sergey Litovçenko komanda ilə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatına qolkiper özü verib.
O bildirib ki, hazırda azad agent statusu daşıyır və özünə yeni komanda axtarır: “Bəli, “Kəpəz”lə vidalaşdım və azad agent kimi komanda axtarışındayam. Karyeramı harda davam etdirəcəyimi hələ bilmirəm. Bir neçə variantı nəzərdən keçirirəm. Ukraynadan və ölkə xaricindən təkliflər var”.
Qeyd edək ki, Sergey Litovçenko “Kəpəz”ə bu ilin yanvarında Tbilisi “Dinamo”sudan keçmişdi. 31 yaşlı qolkiper Gəncə klubunun heyətində meydana çıxdığı 14 matçda qapısında 18 qol görüb.