[b]“Kəpəz”in daha bir rəqibi bəlli oldu[/b]
15.01.2016 - 12:44
“Kəpəz”in yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, budəfəki rəqib I divizion təmsilçisi olacaq.
“Sarı-göylər” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Qarşılaşma yanvarın 17-də saat 16:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, “Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Şahin Diniyevin yetirmələri yanvarın 23-də “Neftçi”, 26-da isə “Ağsu” ilə qarşılaşacaq.
0
0