Premyer Liqanın XXI turunda “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisinin 3 üzvü sıraya dönüb.
Belə ki, “sarı-göylər”in uzun müddət zədəli olan futbolçuları Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar. Zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən də tez baş verib. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub”.
Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidi. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.