[b]“Keşlə” 150-yə çatdı[/b]
30.04.2018 - 11:52
[b]“Keşlə” 150-yə çatdı[/b]

Topaz Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyunundakı 2:1 hesablı qələbə “Keşlə” üçün əlamətdar olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Yuri Maksimovun yetirmələrinin bu qələbəsi klub tarixində çempionatdakı ev oyunlarında əldə olunan 150-ci uğur kimi düşüb.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu öz meydanında keçirdiyi 258-ci görüşdə 150-ci dəfə qalib gəlib. “Keşlə” evdəki digər qarşılaşmalarda 65 heç-heçə edib və 43 dəfə uduzub.

 

Qeyd edək ki, “Keşlə” Azərbaycan çempionatları tarixində evdə ən çox qələbə qazanan 5-ci komandadı. Bakılılar “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Turan”dan geri qalır.