[b]“Keşlə” də o “karvan”a qoşuldu [/b]
28.05.2018 - 22:17
[b]“Keşlə” də o “karvan”a qoşuldu [/b]

Növbəti mövsüm Azərbaycan Avrokuboklarda təmsil edəcək bütün komandalar bəlli olub. Apasport.az saytının məlumatına görə, sonuncu Avrokubok təmsilçimiz ölkə kubokunun final matçından sonra bəlli olub.

 

Belə ki, “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanan “Keşlə” Avropa Liqasında mübarizə aparacaq 3-cü komanda olub.

 

Paytaxt təmsilçisi ölkə çempionatının gümüş mükafatçısı “Qəbələ” və “bürünc”ün sahibi “Neftçi”dən sonra bu haqqa yiyələnib.

 

Qeyd edək ki, çempion “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.